14.08.2026 - 22:53
Kriminal 27 baxış

Apple-dan xüsusi xəbərdarlıq: İPhone istifadəçiləri casus proqram təhlükəsinə qarşı diqqətli olmalıdır

Texnologiya dünyasının liderlərindən biri olan Apple, 110 ölkədəki bəzi iPhone istifadəçilərinə xüsusi təhlükəsizlik bildirişi göndərəcəyini elan edib. Bu bildirişlər, casus proqram hücumlarına məruz qalma riski olan istifadəçilərə yönəldiləcək.

Minval.info xəbər verir ki, şirkət, bu hücumların adi kiberhücumlardan daha mürəkkəb olduğunu və aşkarlanmasının çətinliyini vurğulayıb. Xüsusilə jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri və diplomatlar kimi qrupların bu hücumların hədəfi olduğu qeyd edilir.

Pegasus kimi casus proqramlar, istifadəçilərin cihazlarına daxil olaraq şəxsi məlumatlara çıxış imkanı yaradır. Apple, belə bildiriş alan istifadəçilərə iPhone-un əməliyyat sistemini dərhal yeniləməyi və cihazın təhlükəsizlik funksiyalarını tam istifadə etməyi tövsiyə edir.

Şirkət, bu bildirişləri alan şəxslərin təhlükəsizlik tədbirlərini gecikdirmədən həyata keçirmələrinin vacibliyini bildirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: