Apofis asteroidi Yerə yaxınlaşır — NASA hansı təhlükəni məxfi saxlayır?

“Ölkə.Az” xəbər verir ki, kosmosda bir asteroidə məhz bu ad verilib. Elmi hesablamalara görə, bu asteroid planetimizi məhv edə biləcək gücdədir. Artıq Apofis Yerə yaxınlaşır. Amma NASA bu məlumatları məxfi saxlayır. Niyə görə dünya əhalisi təhlükə barədə məlumatlandırılmır? Toqquşmaya qədər nəsə etmək mümkündürmü?
Sonuncu dəfə Apofis 2012-ci ilin yanvarında planetimizin orbitinin yanından keçib. Nəhəng kosmik daşın milyonlarla ton çəkisi var. 320 metr diametri olan səma cismində 65 min nüvə bombasının enerjisi var. Apofis 2012-ci ildə Ay və Yerin ortasından keçdi. Amma növbəti dəfə 2029-cu ildə planetimizin yanından keçəcək. 2036-cı ildə isə Yerə maksimum, yəni 38 min km yaxınlıqdan keçəcək.

ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Nəhəng asteroid planetimizlə toqquşmasa da, atmosferə güclü təsir edəcək, Yerdə anomal təbiət hadisələrinə səbəb olacaq. Yer qravitasiyasının təsiri ilə kosmik cism o qədər yaxınlaşacaq ki, Yeri asanlıqla orbitindən çıxara bilər. Günəşdən minimal aralanma isə planetimizdə tempratur rejiminin aşağı düşməsinə səbəb olacaq. Bu isə bütün flora və faunanı məhv edə bilər.
Anomal vulkanik püskürmələri güclü zəlzələ və sunamilər əvəz edəcək. İqlim apokalipsisləri ilə müşayət olunan təbii fəlakətlər planetin landşaftını dəyişəcək. Amma artıq anomal təbiət hadisələri üzə çıxır. Avropada buzlaşma və daşqınlar, Yaponiyada zəlzələ, 2003 və 2013-cü illərdə Altaydakı zəlzələ, Taylandda sunami, Afrikada istilər, Rusiya və ABŞ-da meşə yanğınları, vulkanların aktivləşməsi, tufanlar buna misaldır.

2012-ci ilin sentyabr ayının əvvəlində Yava və Sumatra adaları arasındakı Zond boğazında Anak-Krakatu vulkanı aktivləşdi. Böyük partlayış bütün planeti silkələdi. Vulkan püskürəndə meydana çıxan partlayış Xirosimoya atılan atom bombasının gücündən 10 min dəfə çox idi. Partlayışın səsi 4 min km radiusda eşidildi. Sunami 300 yaşayış məntəqəsini xəritədən sildi.
Mütəxəssislər isə növbəti vulkan püskürməsi barədə xəbərdarlıq edirlər.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar