“Anası elə bilib mağazadadırlar” – Dəhşətli yanğında ata və oğulun meyitləri tapıldı - şok təfərrüat - VİDEO – FOTO
Xaçmazda ata və oğulun ölümü ilə nəticələnən yanğın baş verib.
Minval.info xəbər verir ki, hadisə rayonun Yalama kəndində baş verib. Yanğın nəticəsində 35 yaşlı Əjdər Qədirov və 5 yaşlı oğlu Taleh Qədirov yanaraq dünyasını dəyişib.
Şirxanım Qədirova – Əjdər Qədirovun anası: “Bir uşaq tüstüdən güclə çıxıb gəldi. Mənə dedi ki, nənə, ev yanır. Mən gedəndə ev yanmışdı”.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən maşının və işçi qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirovun və oğlu Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.
Almas Canmirzəyev – Əjdər Qədirovun qohumu: “Nədən olduğu bilinmir. Özü siqaret çəkən olub. Uşaqlar dan biri də hadisədən əvvəl sobada od qalayıb. 3 oğlu var. Uşaqlardan biri nənəsi ilə yatırmış. Yanan evdə iki oğlu ilə olub. Anası elə bilib mağazadadırlar. Yanğın söndürənlər gələndən sonar biliblər ki, onlar evdə imiş”.
Hadisə zamanı həlak olan Əjdər Qədirov 3 oğul və 1 qız atası olub.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=xRJCK1qVseQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu