Amerikalı alim: Nuhun gəmisi Ağrı dağındadır

Dini və mifik kontekstdən kənar, elmi müstəvidə araşdırılan Nuhun gəmisi haqqında yeni iddialar ortaya çıxıb.
Mövzu ilə bağlı araşdırmaları əsasında açıqlama verən amerikalı professor Paul Esprante Nuhun gəmisinin Ağrı dağında olduğunu iddia edib. Professor bu iddiaları sübut edən sənədləri də yayımlayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Musavat.com-un məlumatına görə, bununla yanaşı, “Ağrı dağı iddiası”nı doğrulayacaq başqa sənədlər də yayımlanıb.
Sənədlərdə qeyd olunan məlumatlara görə, 1949-cu ildə ABŞ dövlətinə məxsus hərbi təyyarə Ağrı dağının yaxınlığında uçuş həyata keçirirmiş. 4720 metrlik hündürlükdən uçan təyyarənin pilotu Ağrı dağında buz qatı üzərində maraqlı bir obyekt görüb.
Bu hadisə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən gizlədilib. 50 ildən çox müddətdə orada nə görülməsinə dair məlumatlar gizli saxlanılıb.
Richmond Universitetinin professoru Porcher Taylor İnformasiya almaq hüququ əsasında şəkilləri görmək istəyib. Görüntüləri əldə edən professor həqiqətən də dağın buz təbəqəsində bir cismin göründüyünü deyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar