AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.
AMEA-nın Azad Həmkarlar İttifaqından “Report”a verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.
Qeyd olunub ki, 400-dən çox əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: “Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar”.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?