"Altın Kelebek"də kimlər nələr geyindi? - Fotolar

Türkiyədə baş tutan “Altın Kelebek” mükafatlandırma mərasimində ölkənin tanınmış simaları qırmızı xalçaya çıxıb.
Minval.info-un məlumatına görə, gecədə bir-birindən fərqli libaslar seçən ulduzlar obyektiv qarşısına keçib. Tədbirdə ən yaddaqalan Melis Sezenin taxdığı 30 milyon dollarlıq boyunbağısı olub. Lakin dərin sinə dekoltesi seçimi izləyicilər tərəfindən bəyənilməyib.
Mərasimdə aktyorlarla yanaşı ifaçılar da iştirak edib. “Ən yaxşı qadın müğənni” adına layiq görülən Hadisə gecəyə sevgilisi, iş adamı Mehmet Dinçerlə qatılıb. O, çıxışı zamanı ona təşəkkür edib. Mükafatı şiddət görən və mübarizə aparan qadınların adına aldığını bildirib.
Ötən gecədən bəri ulduzların mükafatından çox geyimləri müzakirələrə səbəb olub və paylaşılıb. Kimi onların göz qamaşdırdığını, kimi isə zövqsüz olduğunu vurğulayıb.
Qeyd edək ki, “Ən yaşı kişi aparıcı” Acun Ilıcalı, “Ən yaxşı qadın aparıcı” Müge Anlı, “Ən yaxşı serial” “Camdaki kız”, “Ən yaxşı aktyor” Çağlar Ertuğrul, “Ən yaxşı aktrisa” Ezgi Mola və Merve Dizdar, “Ən yaxşı reper” Sefo, “Ən yaxşı uşaq aktyor” Aylin Akpınar, “Ən yaşı serial cütlüyü” Kerem Bürsin və Hande Erçel, “Ən yaxşı romantik komediya serialı” “Sen çal kapımı”, “Ulduzu parlayanlar” Melis Sezen, Ahsen Eroğlu və Cemre Baysel, “Ən yaxşı uşaq aktyor” Aylin Akpınar, “Ömürlük iftixar” İbrahim Tatlıses, “Ən yaxşı serial musiqisi” “Masumlar apartmanı”, “Ən yaxşı kişi müğənni” kateqoriyası üzrə Edis seçilib.
Xatırladaq ki, gecədə “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyası üzrə mükafata Azərbaycandan Nahidə Babaşlı layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi


















