Almaniya kansleri və AK prezidenti Ukrayna üçün “Marşal Planı”nın hazırlanmasına çağırıblar
Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Ukrayna üçün “Marşal planı”nın hazırlanmasına və ölkənin yenidən qurulmasında Kiyevə göstərilən yardımın əlaqələndirilməsi üçün platformanın yaradılmasına çağırıblar.
“Report” xəbər verir ki, bu barədə siyasətçilər “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunmuş birgə məqalədə bildiriblər.
“Berlində keçiriləcək keçmiş sovet respublikasının bərpası üzrə ekspert konfransında biz ekspertlərlə beynəlxalq ictimaiyyətin Ukraynaya ən yaxşı şəkildə necə kömək edə biləcəyini müzakirə etmək istəyirik. Bərpa təşkilatı Ukraynanın gələcəkdə necə bir ölkəyə çevriləcəyini müəyyən edəcək. Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazım olsa belə, bu, XXI əsr üçün yeni Marşal Planının yaradılmasından başqa bir şey deyil” – məqalədə deyilir.
Kanslerin və AK rəhbərinin fikrincə, bu, nəsillərin vəzifəsidir:
“Eyni zamanda, Ukraynanın dəstəklənməsində Avropanın da mühüm rolu var, çünki bu ölkə Aİ üzvlüyünə namizəddir. Bu baxımdan bərpa yolu həm də Ukraynanın Avropa Birliyinə gedən yoludur. Kiyevə yardım Avropa İttifaqının marağındadır. Ukrayna digər məsələlərlə yanaşı qaydalara əsaslanan beynəlxalq nizamı, bizim dinc yanaşı yaşamağımızın və bütün dünyada firavanlığımızın əsaslarını müdafiə edir. Biz Ukraynaya dəstək verəndə öz gələcəyimizi və ümumi Avropamızın gələcəyini qururuq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeniyetməni belə döyüb bıçaqladılar – VİDEO
Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
Makqreqor Həbibin arvadını təhqir etdi - Bu foto ilə
Bloomberg: Kim Çen In normal dünya liderinə çevrilir
“Microsoft” bu məktəbə pulsuz kompüterlər verəcək - SƏBƏB
Rusiyada koronavirusa gündəlik yoluxanların sayı artdı