Alman avtomobil nəhəngləri ixtisar dalğasında: Minlərlə iş yeri təhlükədə
Almaniyanın avtomobil sənayesinin liderləri olan Volkswagen, BMW və Porsche, işçi heyətində ciddi ixtisarlara gedir. Bu qərar, Çin avtomobil istehsalçılarının dünya bazarında artan təsiri, elektromobillərə keçid və yüksələn xərclərlə əlaqədardır.
Minval.info xəbər verir ki, Volkswagen, 2030-cu ilə qədər yüzlərlə rəhbər vəzifəni ləğv etməklə yanaşı, əlavə 50 min iş yerini də ixtisar etməyi planlaşdırır. Porsche isə ofis işçiləri də daxil olmaqla, 5 min nəfəri işdən çıxarmağı nəzərdə tutub. BMW isə 2027-ci ilin sonuna qədər təxminən 8 min işçisini könüllü ayrılma proqramı çərçivəsində ixtisar etməyi hədəfləyir.
Hazırda Almaniyada işdən çıxarılan yüksək vəzifəli menecerlərin sayı açıq vakansiyalardan daha çoxdur. Mütəxəssislər bu vəziyyəti ölkənin avtomobil sənayesində son illərin ən böyük yenidənqurma proseslərindən biri kimi dəyərləndirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu