Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirib.
Minval.info-nun məlumatına görə, o, pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığını deyib.
QMİ sədri qeyd edib ki, bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.
O, din xadimlərinə bildirib ki, bu özəllikləri yerlərdə insanlara çatdırmalı və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilməlidir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"