“”Allah yoxdur” deyən azərbaycanlı jurnalistə dair efirə getməyən kadrlar - VİDEO
“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində səsləndirilən fikirlər gündəmdən düşmür.
Minval.info xəbər verir ki, kadrlar efirə getməsə də proqramda iştirak edən qonaqların işlətdiyi sözlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Verilişə qatılan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun İslam dini haqqında söylədikləri qalmaqal yaradıb.
Belə ki, onun “”Allah yoxdur”, deməkdən qorxmayın”, Allah haqqında “əcəb edir” sözləri birmənalı qarşılanmayıb.
Vüsal Məmmədovla eyni əqidədə olanlar bununla razılaşsalar da, əksəriyyət isə onun çıxışını tənqid edib. Hətta baş redaktoru bu fikirlərinə görə, təhqir edənlər də olub.
Xatırladaq ki, Vüsal Məmmədov “facebook” hesabında dinlə əlaqədar tez-tez insanları qıcıqlandıran, onların qəzəblənməsinə səbəb olan statuslar paylaşır. Onun bu cür paylaşımları ciddi müzakirələrə səbəb olur. O, sonuncu dəfə inanclıları təhqir etməkdən belə çəkinməmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir