10.08.2026 - 18:52
Ölkə
76 baxış
Sumqayıtda aliment qalmaqalı: "Pulu olsa verər" deyən icra məmurundan nazirliyə şikayət olundu
Sumqayıt şəhər sakini İradə Etibar qızı Şirməmmədova redaksiyamıza müraciət edərək uzun illərdir keçmiş həyat yoldaşından aliment ala bilməməsindən və icra məmurlarının fəaliyyətsizliyindən şikayətlənib.
Minval.info xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə İradə Şirməmmədova və Azad Fərhad oğlu Məmmədovun nikahı pozulub, övladlarının ananın himayəsində qalması müəyyən edilib. Məhkəmənin 2016-cı ildə çıxardığı növbəti qərarla isə A.Məmmədovun övladı üçün hər ay 100 manat məbləğində aliment ödəməsi öhdəliyi qoyulub.
Şikayətçinin sözlərinə görə, qarşı tərəf uzun müddətdir bu məbləği ödəməkdən yayınıb və nəticədə yaranmış aliment borcu artıq 3000 manata çatıb. İ.Şirməmmədova iddia edir ki, Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Samir Məmmədov borcun tahsil olunması üçün lazımi tədbirlər görmür və qarşı tərəfin məsuliyyətdən yayınmasına göz yumur.
Ədliyyə Nazirliyinin “Qaynar xətt”inə müraciət etdiyini bildirən vətəndaş, icra məmurunun ona “Pulu olsa verər” şəklində cavab verdiyini və bu yanaşmanın onda ciddi şübhələr doğurduğunu vurğulayıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə qərarına əsasən borclu Azad Məmmədovdan hər ay 100 manat alimentin tutularaq tərəfə ödənilməsi təmin edilməlidir. Ödənişlər müntəzəm xarakter daşımadığı üçün iş üzrə məcburi icra tədbirləri görülür və icra sənədi xüsusi nəzarətdə saxlanılır.
Açar sözlər:
#Azad Fərhad
#Ədliyyə Nazirliyi
#İcra Şöbəsi
#İradə Etibar
#İradə Şirməmmədova
#Məmmədov
#Pulu
#Samir Məmmədov
#Sumqayıt
#Sumqayıt Şəhər Məhkəməsi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
13.11.2026 - 15:34
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
07.11.2026 - 12:34
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
07.11.2026 - 00:11
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
06.11.2026 - 17:04
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
06.11.2026 - 15:54
Dağlıq ərazilərə qar yağır
06.11.2026 - 10:34
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb
06.11.2026 - 10:24