Alimdən həyəcan təbili: "Azərbaycanda su ehtiyatları azalır, kütləvi qurtuyur"
“Azərbaycanda bəzi çaylarda su ehtiyatlarının azalması müşahidə edilir”.
Bunu APA-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, son zamanlar çiləmə üsulu ilə, yəni müasir metodlarla suvarmaya daha çox meyl edilir: “Çünki sular azalır. Əgər belə etməsək, bizə su çatmaz. Bəzi göllərimiz quruyur. Bu, problemdir. Qanıx-Əyriçay vadisində bulaqların kütləvi surətdə quruması müşahidə edilir. Bunlar hamısı su ehtiyatlarına qarşı ciddi mübarizə tədbirlərinin aparılmasını və suya qənaət edilməsini vacib edir. Biləsuvar, Cəlilabad, Qax və Şəkinin Acınohur hissəsində su ehtiyatları azalır. Son zamanlar Ağstafa, Tovuz rayonunun Ceyrançöl ərazisində yaşayan əhalinin suya tələbatları çoxalıb”.
M.İsmayılov qeyd edib ki, Kür çayı və kanal sahillərini çıxmaqla, əksər rayonlarda su problem olaraq qalır: “Son zamanlar müəyyən tədbirlər görülsə də, iqlimdə gedən istiləşmə suya tələbatı artırır. Bu da su ehtiyatlarına münasibəti dəyişməyi tələb edir”.
Şöbə müdiri bildirib ki, Bakının əhalisi çoxaldıqca yeni su mənbələrinin tapılması, paytaxta gətirilməsi lazımdır: “Bakıda suya olan tələbat gətirilmə su hesabına ödənilir. Yəni Şollar, Bakı, Oğuz-Qəbələ-Bakı, Kür-Bakı su kəmərləri və kanalların hesabına Bakı və Abşeronun suya olan tələbatı ödənilir. Davamlı suya tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilməlidir”.
M.İsmayılov qeyd edib ki, Mingəçevir su anbarından Bakıya su gətirmək olar: “Şollar-Bakı su kəmərində yeni qolların yaradılmasına ehtiyac var. Suvarma məqsədilə Abşeron yarımadasında da suya ehtiyac duyulur. İçməli sulardan suvarma məqsədilə istifadə edilməsi Bakının hazırda mühüm su problemidir. Bunun qarşısını almaq, suvarma suları ilə Abşeron yarımadasını təmin etmək lazımdır. Düzdür, Samur-Abşeron kanalı var, amma mövcud problemi tam ödəyə bilmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş nazir müavinlərinin vəzifə bölgüsü: Kim hansı sahəni kurasiya edəcək?
FHN “Diqlas”ın direktor müavininin ittihamlarına münasibət bildirib
İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardı
Bu tur şirkəti də dələduz çıxdı - 4200 manat ödədi, aldadıldı
Dekabrda hava necə olacaq?
Bu səlahiyyətlər TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə verildi
İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini institut yaradılır