Al Paçino azərbaycanlı ilə Hollivud filminə çəkiləcək - Video
ABŞ-da yaşayan və daha çox Stefano Suaros ləqəbi ilə məşhur olan azərbaycanlı model və müğənni Rəcəb Rəcəbov Hollivud ulduzu Al Paçinonun çəkildiyi filmdə baş rolu canlandıracaq.
Rəcəbov Sputnik Azərbaycan-a bildirib ki, o artıq filmin sınaq çəkilişlərində iştirak edib. Onun sözlərinə görə, test çəkilişlərindən həzz alıb və ən əsası öz oyunundan razıdır. Filmin çəkilişləri 2019-cu ilin əvvəlində Hollivudda başlayacaq.
“Mənə əsas rollardan birini canlandırmaq təklif olunub. Sınaq çəkilişləri zamanı mən müxtəlif filmlərdən monoloqlar canlandırdım. Filmdə xeyli sayda məşhurlar çəkiləcək. Onlar arasında, həmçinin Al Paçino da var. Hesab edirəm ki, rolun öhdəsindən gələ bildim. Mən bu rola bütün sevgimi qoydum, ona böyük məsuliyyətlə yanaşdım. Peşəkar komanda ilə işlədiyimə görə şadam”, – deyə Suaros qeyd edib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Stefano Suaros artıq uzun müddətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində iştirak edir. Bu günlərdə isə “Style Fashion Week 2017” nümayişinin əsas modeli olub. O, modelliklə yanaşı, aktyorluq və müğənniliklə məşğul olur.
https://youtu.be/GW35LVyAj30
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar