“Aktrisanın yaxın təmasına icazə vermədim” - Elçin Cəfərov
Səhnə və rəqəmsal platformlardan bir müddət uzaq qalan Azərbaycanın məhşur estrada müğənnisi Elçin Cəfərov yeni lahiyəsini təqdim edib.
Minval.info xəbər verir ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.
Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.
Ssenari bir zamanlar sevgili olan cütlüyün illər sonra qarşılaşması və yenidən eşq yaşamasından bəhs edir.
Müğənni layihəni bəyəndiyini , bəzi səhnələrə isə çəkilməyə razı olmadığını bildirib:
“Öncədən də aramızda qısqanclıq söhbəti olmayıb. Mənə görə ədəb qaydaları var. Ona görə klipdə aktrisa ilə yaxın münasibətimi görmürsünüz. “Camaat nə deyər?”, – deyə, fikirləşən deyiləm. Ancaq klip çəkilişində yaxın təmasın olmasına icazə vermədim”, – deyən müğənni həyat yoldaşının qısqanc olmadığını bildirdi.
Elçin və Özlem Gezginin obrazı üzərində stilist Şule Zeytinci işləyib. “Qara uzun saçlar”ın layihə meneceri “Sartorial artist management” şirkətinin rəhbəri Vüqar Husiyevdir.Kemal Yıldızın rejissorluq etdiyi “Qara uzun saçlar” klipi muğənninin musiqi və rəqəmsal platformlarında dinləyicilərin ixtiyarına verilib.
Mahnının sözləri və musiqisi Elşən Mövsümova, aranjımanı Elvin İmanova aiddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi