AK Prezidenti: "Rusiyanın Ukraynaya raket zərbələri və dron hücumu terror aktıdır"
“Rusiyanın Ukraynanın elektrik stansiyalarına və infrasturkturuna raket zərbələri endirməsi, dronlarla hücumu hərbi cinayətlərə bərabər terror aktlarıdır”.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
“Dünən (oktyabrın 18-də-red.) biz yenidən Rusiyanın Ukraynanın mülki obyektlərinə nöqtəvi hücumlarının şahidi olduq. Belə hallar beynəlxalq qaydalarda çox aydın göstərilib. Bunlar müharibə cinayətləridir”, – o vurğulayıb.
Avropa Komissiyasının rəhbəri söyləyib ki, qışın gəlişi ilə kişiləri, qadınları, uşaqları sudan, elektrik enerjisindən və istilikdən mərhum etmək sırf terror aktıdır: “Bunu belə adlandırmaq lazımdır”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları oktyabrın 10-dan indiyədək ölkəsinin elektrik stansiyalarının 30 faizini məhv edib. Ona görə də ölkədə boyu elektrik enerjisinin verilişində böyük fasilələr yaranıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özünü "Sezar"ın arvadı edən Türkiyə səfiri geri çağırıldı
Britaniya mətbuatı: “Zamirə Hacıyeva uşaq oyuncaqlarına 1 milyon xərcləyib”
Ata qızına təcavüz edəni küçənin ortasında qasığından bıçaqladı
Çin lideri koronavirusla bağlı çağırış etdi: “Epidemiya rəhmsizdir”
17 yaşlı qız hamilə olduğunu öyrəndi və... : "Bilmədim hansı ilə yatdım"
Fələstin 4 ölkədəki səfirini geri çağırdı – Təcili
Aydan "Ən bahalı həyat yaşayan qadınlar" siyahısında