Ailəsi kökəldiyini düşündü, lakin gördüklərindən sonra dəhşətə gəldilər... - Azərbaycanda (Fotolar)
11 yaşlı qızın yumurtalığından nəhəng ölçülü kista çıxarılıb.
Bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, qızın ailəsi əvvəlcə uşağın kökəldiyini düşünüb, daha sonra isə həkimə müraciət ediblər:
“Azyaşlının qarnında ağrılar başladığı üçün bizə müraciət etdilər.
Apardığımız digər müayinələrə əsasən məlum oldu ki, qarnın böyüməsinə səbəb yumurtalığın nəhəng ölçülü kistasıdır.
Ölçüsü olduqca böyük olduğu üçün texniki çətinliklərlə laporoskopik (qapalı ) yolla yumurtalıq qorunaraq nəhəng ölçülü kistanı çıxara bildik .
Əməliyyat zamanı kistanın içərisində tük gördüyümüz üçün Yumurtalığın Dermoid kistası olduğunu düşündük..
Kista patohistologiyaya (əkilməyə) göndərildi, daima ginekoloqun nəzarətində olacaq”.
Hüseynov şişin zamanında aşkar edildiyini vurğulayıb.
“Kista vaxtında aşkarlanmasaydı yumurtalığın burulması və bəd xassəli şişə çevrilmə kimi təhlükəli fəsadlara yol aça bilərdi”, – deyə cərrah qeyd edib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO