Aİ ölkələri Rusiyaya qarşı sanksiyaları siyasi alətə çevirir
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropa İttifaqı (Aİ) ölkələri arasında siyasi məqsədlərə çatmaq üçün istifadə olunan bir vasitəyə çevrilib. Bu tendensiya bəzi diplomatları narahat edir.
Minval.info xəbər verir ki, “Euractiv” nəşrinin məlumatına görə, bəzi avropalı diplomatlar sanksiyaların ilkin məqsədlərindən uzaqlaşdığını düşünürlər. Avropa Siyasət Mərkəzinin baş analitiki Filip Lausberg, 2022-ci ildən etibarən sanksiya siyasətinin enerji təhlükəsizliyindən konkret iqtisadi maraqlara doğru dəyişdiyini qeyd edir.
Lausberg bildirib ki, Aİ ölkələri arasında sanksiyalarla bağlı məsələlər üzrə daha dərindən müzakirələr və sövdələşmələr aparılır. Bəzi diplomatlar, ayrı-ayrı ölkələrin öz xarici siyasət maraqlarını təmin etmək üçün sanksiyalardan “alver predmeti” kimi istifadə etməsindən narahatdırlar.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Bu vəziyyət, sanksiyaların təsirini və effektivliyini təhlükə altına ala bilər. Diplomatlar, sanksiyaların beynəlxalq siyasətdəki rolunun dəyişməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq