Ağstafada ana və qızı itkin düşdü - FOTO
İtkin düşən Ağstafa rayon sakinləri axtarılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıb:
“Aişə Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var.
Evdən çıxan zaman onun əyinində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub.
Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?