Ağstafada 5 yaşlı uşaq sosial şəbəkələrin ulduzuna çevrilib (VİDEO)

Ağstafada 5 yaşlı uşaq şirin ləhcəsi, məzəli və gülməli danışığı ilə sosial şəbəkələrin ulduzuna çevrilib.
Söhbət Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yaşayan 5 yaşlı Müseyib Nəsiblidən gedir. Son zamanlar sosial şəbəkə və müxtəlif video portallarda ən çox izlənmə rekordu qıran videolardan biri də 5 yaşlı Müseybin videolarıdır.
Onun şirin ləhcəsi və danışığını görənlər balacanı çəkib, sosial şəbəkəyə yerləşdirirlər.
Müseyib çəkiliş qrupumuzla zarafat etməyi də unutmayıb.
Sosial şəbəkələrdə məşhurlaşan azyaşlını görənlər onunla şəkil və müxtəlif videolar da çəkirlər. Həmçinin kənddə toy məclislərində ona xüsusi yer ayrılır. Bundan əlavə, onun ailəsinə müxtəlif film, vayn və gülməli səhnələrdə çəkiliş üçün təkliflər də gəlib.
Müseyibin ailə üzvləri ondakı bu bacarığı incəsənət sahəsində davam etdirmək istəyir. Balaca məşhuru gələcəyin tanınan aktyoru kimi görmək ailənin ən böyük arzularından biridir. (Xəzər TV)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 50 min manata maşın nömrəsi satılır - Foto
Canlı efirə zəng edən tamaşaçı aparıcıya elə bir şey dedi ki... - VİDEO
Milli Məclisdə maraqlı hadisə - Deputatlar səs vermədi
Min ildir bu adaya heç kim girə bilmir - Fotolar
Bakı metrosundan sərnişinlərə Yeni il sürprizi