İnformasiyadan istifadə edilməsi qaydasına dəyişiklik edilib.

Minval.info xəbər verir ki,”Report”un xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə III oxunuşda təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinin 13.3-cü bədni yeni redaksiyada verilir: “Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmyəcək.

I və II oxunuşda qəbul edilən qanun layihəsində qeyd edilmişdi ki, Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.

Qanunun 13.1 və 13.2-ci bəndləri isə aşağıdakı kimidir:

13.1- Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

13.2- Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.