07.08.2026 - 22:47
Ölkə 23 baxış

Adını dəyişənlərin borclardan qurtulma xülyası: Həqiqətmi, mifmi?

Azərbaycanda ad və soyadın dəyişdirilməsi qanunla tanınan hüquqlardan biridir. Lakin bu dəyişikliklərin şəxsin əvvəlki hüquqi öhdəliklərindən azad olub-olmadığı barədə suallar yaranır.

Minval.info xəbər verir ki, adını və ya soyadını dəyişən şəxsin əvvəlki kredit borclarından və digər hüquqi öhdəliklərdən yayınması mümkün deyil. Hüquqşünas Vəfa Qədirova bildirir ki, borc öhdəlikləri şəxsin kimliyinə bağlıdır və ad-soyad dəyişikliyi bu öhdəlikləri ləğv etmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir. Adını dəyişən şəxs borclularına və kreditorlarına bu barədə məlumat verməlidir. Əks halda, ad dəyişikliyindən xəbərsiz olan tərəflərin doğurduğu nəticələrin riskini daşıyır.

Bu cür halların qarşısını almaq üçün əsas mexanizmlərdən biri şəxsiyyət vəsiqəsindəki unikal FİN kodudur. Bank sistemləri və kredit tarixçələri ad-soyadla deyil, bu kodla işləyir. Ad-soyad dəyişsə də, FİN kodu dəyişməz qalır və hüquqi proseslər bu kod əsasında davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: