Adil Əliyev: “Şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər”
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü plenar iclasında çıxış edən vitse-spiker Adil Əliyev şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.
Musavat.com xəbər verir ki, o bildirib ki, ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var.
Adil Əliyev qeyd edib ki, şəhidlərimiz, qazilərimiz üçrəngli bayrağın daim dalğalanması üçün insan üçün ən uca nemət olan canlarından keçiblər: “Bizi narahat edən məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.
A.Əliyev karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib: “Karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün bu məsələləri aidiyyəti qurumlar qarşısında vaxtında qaldırmalıyıq. Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
