Adam ölməmiş, məzar yeri ayrılır - VİDEO
Adam ölməyib, ancaq məzarı üçün qəbiristanlıqda yer alınıb və hasarlanıb. Bu hala xüsusilə də paytaxt qəbiristanlarında tez-tez rast gəlinir. Nəticədə məzarlıqlar vaxtından tez dolur, yer israfçılığına yol verilir, faktiki ölü yiyəsi ölüsünü basdırlmağa yer tapmır. Ancaq aidiyyəti qurumlar bundan sonra belə hala icazə verilməyəcəyini deyirlər. Paytaxt qəbirstanlıqlarında ölü yerləri əvvəlcədən alındığından boş məzar tapılmır.artıq qəbir yerləri faktiki ölü yiyəsi üçün ayrılacaq.
Qəbiristanda torpaq sahəsi hasara alınsa da, burada heç kim dəfn olunmayıb.
Bəzi yerlərdə isə geniş ərazi hasarlanıb, ancaq orda da yalnız bir nəfər dəfn edilib.
Görüntülər paytaxtın Yasamal rayonunda yerləşən qəbiristandandır. Ancaq bu mənzərəyə digər qəbiristanlarda da rast gəlmək mümkündür. Paytaxtın mərkəzi hissəsində yerləşən qəbiristanlarda ərazilərin bu cür hasara alınması isə həmin ərazilərdə yer probleminin, eləcə də sıxlığın yaranmasına gətirib çıxarır. Elə bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov da təsdiq edir. Onun sözlərinə görə, hasarlanmış torpaq sahələrini vətəndaşlar beş-altı il əvvəl alıblar. Hazırda isə qəbir yerlərinin əvvəlcədən alınıb hasarlanması qadağandır.
Sabir Həsənov deyir ki, trestin tərkibində ümumilikdə 32 qəbiristan var. İstisna hal kimi dəfn olunanın həyat yoldaşı, övladı, yaxud yaxın qohumunun ərizəsi ilə qəbiristanda dəfn olunanın yanında ər və ya arvad üçün bir yer saxlanıla bilər. Bu isə maksimum 5 kvadratmetr olur..
Qəbiristanda dəfn üçün torpaq sahəsi dövlət rüsumu ödəndikdən sonra ayrılır.
Qeyri-müsəlmanlar isə tabutla dəfn edildiklərindən onlar üçün dövlət rüsumu 79 manatdır. Qurum rəsmisi həmçinin onu da əlavə etdi ki, Bakıda qəbiristanlarda yaranan sıxlığı qismən aradan qaldırmaq üçün əlavə torpaq sahəsinin ayrılması da nəzərdə tutulub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı