“Açıq kitabxana” layihəsinin təqdimatı keçirildi – FOTO

İyulun 15-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana”nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıq elan edib.
O, qeyd edib ki, təşkil edilmiş bu “açıq kitabxana” günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur.

K.Tahirov məlumat verib ki, “Açıq kitabxana”da “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi, uşaq guşəsi fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində oxumaq imkanı yaradılıb.
Növbəti günlərdə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişi və oxuculara çatdırılması sisteminin də təşkili nəzərdə tutulub.

Sonra söz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verilib. O qeyd edib ki, bu gün bütün dünyada bu təcrübədən istifadə olunur və sevindirici haldır ki, bir sıra turizm obyektlərində də bu ənənə tətbiq edilir və bütün kitabxanalar bu təcrübədən istifadə etməlidir.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan bu “Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevrilərək, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirəcəkdir.

ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçiriləcək, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunacaq, onlarla imzalı görüşlər keçiriləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi