Abutalıbov yeni vəzifədə bu işləri görəcək
Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək.
Abid Şərifovun gördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri “Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.
Məlumata görə, artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Gələn ayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq.
Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. Sakinlərə bildirilib ki, hər hansısa şikayətləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və H.Abutalıbova müraciət etməlidirlər. Axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"