03.03.2022 - 13:08
Hərbi xəbər
14 baxış
ABŞ sözünün üstündə durdu: Ukrayna ordusuna “Stinger” raketi verdi
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Ukraynaya yüzlərlə “Stinger” hava hücumundan müdafiə raketi verib.
Amerika mediasına danışan, adlarının açıqlanmasını istəməyən bəzi konqres mənbələri ABŞ rəhbərliyinin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım olaraq yüzlərlə “Stinger” hava hücumundan müdafiə raketi verdiyini bildirib. Mənbələr bu həftə cəmi 200 “Stinger” raketinin gətirildiyini bildirib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya quru və hava elementlərinə qarşı mübarizə aparacaq silahları verdiklərini açıqlasa da, bunların təfərrüatları və rəqəmləri barədə məlumat verməkdən çəkinir.
Qeyd edək ki, “Stinger” raketləri qısa mənzilli və orta hündürlükdə uçuş aparan nəqliyyat vasitələrinə qarşı effektiv çiyin atışlı hava hücumundan müdafiə sistemi kimi tanınır. ABŞ daha öncədən Ukraynaya bu raketləri verəcəyini açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
13.09.2026 - 13:49
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
10.09.2026 - 18:51
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
06.09.2026 - 22:20
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!
06.09.2026 - 13:35