ABŞ silah verməsə, qələbə mümkün deyil
Birləşmiş Ştatlar uzaq mənzilli artilleriya tədarükünü dayandırarsa, Ukraynanın Rusiya ilə müharibədə hərbi qələbə qazanması çox çətin olacaq.
Modern.az xəbər verir ki, bu barədə CNN-ə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Oleksey Arestoviç məlumat verib.
Arestoviç qeyd edib ki, silah Ukraynanın taleyi və müstəqilliyi üçün lazımdır.
ABŞ rəsmiləri Ukraynanın döyüş sursatının növündən asılı olaraq 300 kilometr məsafədəki hədəfləri vura bilən raket sistemləri tələbini nəzərdən keçirdiklərini bildiriblər.
Arestoviç CNN-ə deyib ki, hətta az sayda, cəmi 20 silah sistemi belə, Rusiya ilə müharibədə vəziyyəti dəyişdirəcək, çünki sistem Ukrayna qüvvələrinə Rusiyanın uzaqmənzilli hücumlarından müdafiə olunmağa imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Lotu Quli” ilə bağlı yeni XƏBƏR
Rusiyalı milyonçu Putini həbs edəcək zabitə 1 milyon vəd etdi
Deputatın bir il əvvəl general olan qardaşı işdən niyə çıxarıldı? - Versiya
Həbib Nurməhəmmədov qələbəsi barədə danışdı
19 yaralı ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama
Deputatın qardaşı oğlu işdən çıxarıldı