ABŞ "ölmüş" Minsk Qrupunu diriltmək istəyir
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli ABŞ-ın dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət kəsb edir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
O, dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə danışdığını və ABŞ-ın bu məsələ ilə fəal məşğul olmağa davam edəcəyini vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Dövlət Departamenti bu problemə böyük diqqət yetirir.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Lui Bononun səfir Filip Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edilməsinə də toxunub.
“Cənab Bono ABŞ-ın Cənubi Qafqaza sülh və sabitlik gətirmək səylərinə rəhbərlik edəcək. O, həm də sələfləri kimi ABŞ-ı ATƏT-in Minsk Qrupunun həmsədri formatında təmsil edəcək. Bono mürəkkəb məsələlərlə bağlı böyük təcrübəyə malik yüksək səviyyəli diplomatdır. O, dövlət katibi Blinkenin və bütün administrasiyanın şəxsi etimadını qazanıb. Yəni, yeni rolunun öhdəsindən layiqincə gələ bilər”, – deyə Vedant Patel qeyd edib.
Dövlət Departamentinin rəsmisi Lui Bononun bölgəyə səfəri ilə bağlı hələlik konkret bir şey söyləyə bilməyəcəyini sözlərinə əlavə edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
18 oktyabr nə günüdür? - Məşhurlar biabırçı cavablar verdi - VİDEO
“Mançester Siti” ən yaxşı komandadır” – “Real”ın futbolçusu
XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı
Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi - VİDEO
İlham Əliyev: "Şuşa əməliyyatı artıq bir dastana çevrilib"
Lavrov və Kulebanın Türkiyədə görüşü planlaşdırılır