ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası Azərbaycana dair növbəti hesabat yayıb

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) aprelin 29-da Azərbaycana dair növbəti illik hesabat yayıb.
“Report” xəbər verir ki, Komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.
Ötən illərdə olduğu kimi, bu il də hesabatda Azərbaycana dair bəzi qeyri-obyektiv məqamlar öz əksini tapıb. Lakin əvvəlki illərdən fərqli olaraq Komissiyanın 9 üzvündən biri, Xristian Liderləri Konqresinin sədri, yevangelist icmasını təmsil edən Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.
C.Mur Azərbaycanın məhz dini tolerantlığa görə tanındığını, burada müxtəlif məzhəblər və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində, tam azad və təhlükəsiz şəraitdə birgə yaşayıb ibadət etdiklərini vurğulayıb. O, hökumətin dini azlıqlarla məşğul olan beynəlxalq qurumların müraciətlərinə çox məsuliyyətlə yanaşdığını müşahidə etdiyini qeyd edib. Həmçinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərə alaraq, dini azlıqlarla məşğul olan beynəlxalq qurumların hökumətin zorakı dini ekstremizm və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı olduqlarını vurğulayıb. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə edilməsinin zəruriliyini qeyd edib.
C.Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCİRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.
Qeyd edək ki, C.Mur ötən il ABŞ-dan gələn bir qrup din xadimlərinin tərkibində ölkəmizə səfər edib və bilavasitə yerində mövcud olan vəziyyətlə tanış olmaq imkanı əldə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"İrşad Elektronics"in rəhbərinin ölüm səbəbi üzə çıxdı
Vilayət Eyvazovdan ilk təyinat
Sərnişinlərin “BakıKart” probleminə Agentlikdən CAVAB
Sinoptiklərdən bədbin proqnoz
Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
10 min manat pensiya alırlar
Bakıda böyük piyada körpüsü tikilir