ABŞ hərbçisi 12 yaşlı qızla oteldə saxlanıldı
Ohayo ştatında itkin düşən 12 yaşlı qızın telefon siqnalı izlənilərək onun olduğu otel müəyyən edilib. Minval.info xəbər verir ki, polis qızı otel otağında tapıb. İstintaq zamanı onun internet vasitəsilə tanış olduğu 21 yaşlı ABŞ hərbçisi Ceyden Foksla birlikdə olduğu müəyyənləşdirilib.
Məlumata görə, Foks dörd günlük məzuniyyət zamanı Şimali Karolinadakı Fort-Bragg bazasından Ohayoya gedib və qızı oradan götürərək Montvill qəsəbəsindəki otelə aparıb. Qız təhlükəsiz şəkildə ailəsinə təhvil verilib. Foks isə birinci dərəcəli ağır cinayət, zorlama ittihamı ilə həbs olunub. Onun üçün 2 milyon dollar girov müəyyən edilib. Polis araşdırmanın davam etdiyini və yeni sübutlar əldə olunacağı təqdirdə əlavə ittihamların irəli sürülə biləcəyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi