ABŞ-də təhlükəli epidemiya: İlk ölümlər qeydə alındı
ABŞ-də siklosporiaz adlı parazit mənşəli bağırsaq infeksiyasının sürətlə yayılması narahatlıq doğurur. Miçiqan ştatında bu infeksiya ilə əlaqəli ilk ölüm halları qeydə alınıb.
Minval.info xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamentinin məlumatına görə, ştatda yoluxanların sayı 11 min 234 nəfərə çatıb. İyulun 30-dan etibarən 193 nəfər xəstəxanaya yerləşdirilib, yanaşı xəstəlikləri olan 2 nəfər isə həyatını itirib.
Hazırda mütəxəssislər infeksiyanın mənbəyini müəyyənləşdirmək üçün araşdırmalar aparır. İlkin ehtimallara görə, xəstəliyin yayılmasına kahı və digər yaşıl yarpaqlı tərəvəzlər səbəb ola bilər.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına əsasən, ölkənin 45 ştatında siklosporiaz infeksiyasına yoluxanların sayı artıq 18 mini ötüb. Miçiqanda qeydə alınan iki ölüm isə bu qida mənşəli epidemiya ilə bağlı ölkədə ilk ölüm halları hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu