Abel Məhərrəmovun kürəkəni xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polkovnik Azər Sadıqov xəstəxanaya yerləşdirilib.
“Minval.info” unikal.org-a istinadən xəbər verir ki, Azər Sadıqov Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda səhhəti ağırdır.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, Azər Sadıqov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.
Abel Məhərrəmov açıqlamasında kürəkəni Azər Sadıqovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: “Hazırda xəstəxanada müalicə olunur. İnşallah, tezliklə səhhətində yaranan problemlər aradan qalxar”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var