Abdin Fərzəliyev dövləti necə aldadıb? – Nərimanov sakinlərindən ŞOK ETİRAF
Bakının Nərimanov rayonunda binanın fasadı üzərində aparılması nəzərdə tutulan təmir-bərpa işləri naməlum səbəblərdən dayandırılıb.
Bu barədə Yenicag.az-a Ə.Dəmirçizadə 2 ünvanında yerləşən binanın sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl onların yaşadığı binanın üzlənməsi ilə bağlı qərar qəbul edilsə də, hələ ki, bu qərar icra olunmayıb.
Sakinlər bildirir ki, bir müddət əvvəl Heydər Əliyev Mərkəzi ilə kəsişmədə yerləşən bir neçə binanın fasadı üzərində təmir-bərpa işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib.
Amma dövlət başçısının tapşırığına Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhəl qoyulmayıb. Sakinlər buna görə də Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Abdin Fərzəliyevi günahlandırırlar.
Onların sözlərinə görə, A.Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan zaman işinə məsuliyyətsiz yanaşıb və dövlət başçısına qoyulan tapşırıqları icra edəcəyi ilə bağlı yalan vəd verib.
Hazırda sözügedən binanın sakinləri dövlət başçısının tapşırığının Nərimanova təyin edilən yeni icra başçısı tərəfindən icra olunacağına ümid etdiyini bildirirlər./İnterpress/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tahir Əkbəri qəbirdən çıxarıb yenidən dəfn etdilər — ŞOK FOTOLAR
Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - Foto
Azərbaycanda istirahət mərkəzində əməliyyat keçirilib -Saxlanılanlar var
Zəngilanın azad olunmasını Prezidentə məruzə edən polkovnik danışdı
Bakı metrosunda problem: qatar boşaldıldı
