“AAAF”da bədbəxt hadisə: Fəhlə 12-ci mərtəbədən yıxıldı
Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.
Məsələylə bağlı şirkətlə əlaqə saxlanılıb. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:
“Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq.
Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanda iki nəfəri ildırım vurdu
Bərdədə 15 yaşlı qızı qaçırdılar - Evlənmək üçün
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
Kabildə avtomobil raketlə vuruldu
Polis əməliyyat keçirdi: Saxlanılanlar var
Fəhlə işlədiyi evdən oğurluq etdi