81 yaşlı icra başçısı istefa verdi (İDDİA)
Bir sıra yaşlı məmurların istefa verməsindən sonra bəzi icra başçıları da öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.
“Minval.info” Qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir.
İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər icra başçıları da prosesdən kənarda qalmayacaq.
Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026