779 vətəndaşın sosial yardımı ləğv edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.
Nazirlikdən verilən məlumata görə, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib. Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib.
Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.
Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sistemdən sonra ölən uşaqla bağlı - Rəsmi açıqlama
Prezident İlham Əliyev 2 sərəncam imzaladı
Azərbaycanda bu filmlər qadağan edilib
Mehmanın ölkədən çıxışına icazə verildi