660 bal toplayan gəncdən maraqlı addım - Video
Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtın nüfuzlu universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Unverstetinin Şəki filialını seçib.
Elcan Səlimli Şəki şəhər 20 saylı orta məktəbi qızıl medalla başa vurub.
Buraxılış imtahanlarında Azərbaycan dilindən 100 faiz nəticə gostərən şagird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiadasınin gümüş medalını qazanıb. Qəbul imtahanlarında yüksək bal toplasa da, təhsilini Şəkidə Pedaqoji Universitetdə davam etdirmək istəyib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Onun bu seçmini müəllimləri ilə yanaşı, ailəsi də dəstəkləyib. Elcan deyir ki, onun arzusu Azərbaycan dilini daha mükəmməl öyrənərək, bu sahədə mütəxəssis olmaqdır. Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün bir neçə xarici dilin öyrənilməsini vacib sayır. Bu səbəbdən ingilis dili üzrə müəllimliyi seçib.
Onun sözlərinə görə, yüksək bal toplamağın heç bir sirri yoxdur. Çalışqan olmaq və çoxlu oxumaq lazımdır.
https://youtu.be/a2inNn6TRkE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir