60 milyard dollarlıq rüsum…- Çin Vaşinqtonun hədələrini cavabsız qoymayacaq
Çin hökumət orqanlarının bəyanatına görə, əgər Vaşinqton Çindən idxal olunan mallara əlavə rüsum tətbiq etməklə hədələməyi davam etdirərsə, Çin də cavab tədbiri olaraq ABŞ-dan idxal olunan 60 milyard dollar məbləğində mallara rüsum tətbiq etməli olacaq. Siyahıya qəhvə, bal, sənayedə işlənən kimyəvi preparatlar daxil edilib.
Minval.info AZƏRTAC-a istinadən bildirir ki, ABŞ tarifləri artıraraq, Çindən idxal edilən 200 milyard dollarlıq mallara rüsum tətbiq etmək təklifini irəli sürəndən sonra Çinin maliyyə naziri Tramp Administrasiyasını dünya iqtisadiyyatına ziyan vurmaqda ittiham edib. Nazirin bəyanatında bildirilir ki, “əgər ABŞ tərəfi öz tarif tədbirlərinin tətbiqini davam etdirəcəksə”, “Çin əks-tədbirlər görmək” və 5207 mala 5-25 faiz arasında cavab rüsumları tətbiq etmək məcburiyyətində qalacaq.
Xatırladaq ki, iyulun 6-da Vaşinqton Pekinin texnologiyaların ötürülməsi üçün şirkətlərə təzyiq göstərilməsinə dəlalət edən faktlar səbəbindən Çindən idxal olunan 34 milyard dollar məbləğində mallara 25 faizlik rüsum tətbiq edib. Çin də cavab tədbiri olaraq analoji məbləğdə ABŞ mallarına rüsum tətbiq edib.
Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders jurnalistlərə bildirib ki, Çin bu cür cavab verməkdənsə, narahatlıq doğuran məsələləri, o cümlədən öz ədalətsiz ticarət praktikasını araşdırmalı idi. Çin XİN-in nümayəndəsi Vaşinqtonu “özünə gəlməyə” və mübahisəni tənzimləməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı