54 polis əməkdaşı yaralanıb - Azərbaycanda
Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb.
Minval.İnfo-nun məlumatına görə, daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb.
Bundan əlavə, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, yanğın hadisələri, yol-nəqliyyat qəzaları və digər ekstremal vəziyyətlər zamanı insanların xilas edilməsində göstərdikləri fədakarlığa, habelə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə DİN-in müvafiq əmrlərinə əsasən 3280 əməkdaşa, o cümlədən 437 nəfərə DİN “Fəxri Fərmanı”, 312 nəfərə “DİO-da əla xidmətlərinə görə” döş nişanı, 1370 nəfərə pul mükafat verilib, 1161 nəfərə digər həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütövlükdə daxili işlər orqanları üzrə 15055 əməkdaş mükafatlandırılıb.
O da qeyd olunub ki, ötən il ərzində xidməti vəzifələrini yerinə yetirərkən 54 əməkdaş xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır