"5 Betər"in qala gecəsində yaşananlar - Fotolar

Məşhur aktyorların rol aldığı “5 Betər” filminin qala gecəsi keçirilib.
Minval.info xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan gecəyə sənət adamları qatılıblar. Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva pandemiya ilə əlaqədar yaranan uzun fasilədən sonra bu film üçün bir araya gəliblər.
Gecənin aparıcılığı Vüsalə Əlizadəyə həvalə edilib. O bildirib ki, uzun fasilədən sonra filmlə bağlı ilk tədbir keçirilib:
“Böyük zəfərimizdən sonra ilk belə böyük masştablı qala gecə keçirilir. Allah qismət etsin serial, film sahəsində də böyük zəfərlərə imza ataq. İki ilə yaxındır ki, həsrət çəkdik: zallarda, teatrlarda, kinoteatrlarda bir araya gələ bilmədik. Bu film indiyənə kimi izlədiklərinizin ən beş betəri olacaq”.
Filmdə rol alan Əməkdar artist Dilarə Əliyeva çıxışında “Ümid edirik, film xoşunuza gələr, üzünüz gülər. Bütün komandaya təşəkkür edirəm” sözlərini söyləyib.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Aktyor Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov da çıxışında filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirib və çəkiliş təəssüratlarını bölüşüb.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
İmkanlı şəxsin toyunda baş verənlərdən bəhs edən “5 Betər” filmi dekabrın 2-dən etibarən kinoteatrlarda yayımlanacaq. “5 Betər” filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.







ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik



ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü

Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi