4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi

Ali Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Mais Mustafayev barəsində bəraət hökmü çıxarıb.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ölən şəxslərin hüquqi varislərinin verdiyi kassasiya protesti və kassasiya şikayətinə baxılıb.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Təqsirləndirilənin vəkili Əli Hüseynovun sözlərinə görə, Ali Məhkəmə şikayəti təmin etməyib və Şəki Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2018-ci il iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Nəticədə M.Mustafayevin sərnişinlərindən, biri azyaşlı olmaqla, ümumilikdə 4 sərnişin hadisə yerində ölüb. Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində həlak olub.
İtihama əsasən, Mayis Mustafayev qəza zamanı yük avtomobilindən kifayət qədər ara məsafəsi olmasına baxmayaraq, qəzanın qarşısını almaq üçün manevr etməyib. Məhkəmədə ittiham təsdiqini tapmayıb. Məlum olub ki, yük maşını yolun ortasındakı yaşıllıq zolağı keçərək “Mercedes”in yoluna çıxması nəticəsində qəza baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu