3800 illik tarixi kəşf — Hitit dövrünə aid abidə (FOTOLAR)

Türkiyənin Çorum vilayətinin Boğazkale rayonunda aparılan arxeoloji qazıntılar zamanı qədim əşyalar tapılıb.
“Ölkə.Az” xəbər verir ki, Hattuşa qədim şəhərində bəzi dini rituallarda istifadə edilən binanın iki hissəsində 3500 və 3800 illik 75 ədəd küp tapılıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qazıntıları aparan arxeoloji qrupun rəhbəri professor Andreas Şakahner bu il aparılan tədqiqatlarda əvvəlki illərdə başlayan Hitit dövrünə aid böyük binanın qalan hissəsini açmağa çalışdıqlarını bildirib. Ərazidə mixi yazılı mətnlər tapılıb və bu yazılara əsasən, bina bəzi dini rituallar üçün nəzərdə tutulub. Bu il qazıntılar zamanı 3500 illik qablar, keçi və yumruq formasında qablar tapılıb. 50 metr uzunluğu, 300 metr eni olan bina iki hissəlidir. Hitit dövründə qurulan və imperiya zamanı yenidən təmir edilən binada 75 küp tapılıb.
Ehtimal edilir ki, şəhər mədəniyyətli xalq bu küplərdə qida və ərzaq məhsulları saxlayıb.
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar