29 Vətən müharibəsi iştirakçısı polisdə işə qəbul olundu
İyulun 13-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sıra baxışı keçirib.
Minval.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sıra baxışında şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclər iştirak edib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 29 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elman Babayev vəzifəsindən azad edildi
Kanalizasiya sisteminin olmaması sürüşməyə səbəb olur- Eldar Əzizov
Sabah yağış yağacaq
DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı - Açıqlama
Sabahın hava proqnozu
Türkiyə MN Azərbaycanı təbrik edib: "Sizinlə qürur duyuruq" FOTO
Financial Times: "Rişi Sunak böyük dəmir yolu proqramından imtina edib"