"27 il ömrümə qara yazı kimi yazıldı"
“Birinci Qarabağ savaşı başlayanda 18 yaşım var idi. 4 il davam edən bu savaşda yaşıdım olan oğlanların əksəriyyəti şəhid olmuşdu. Məğlub olduğumuz o savaş 27 il ömrümüzə qara bir yazı kimi yazıldı”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. Əsgərlikdə olan övladlarından bəhs edən Bayramova bunları əlavə edib:
“Bu illərdə 2 oğul böyütdüm. İkisinə də Vətən sevgisini aşıladım, amma etiraf edirəm ki, ürəyimin bir tərəfində “Birdən müharibə uşaqlarımın əsgərliyi dövrünə düşər” qorxusu vardı. Vətənə sevgim isə o qorxu hissindən daha güclü olub ki, elə müharibə oğlanlarım əsgər gedəndən 3 ay sonra başladı. Yəni ikinci Qarabağ savaşında oğlum mənim yaşımda – 18 yaşda idi. Bütün analar kimi qürur qarışıq bir qorxu hissi yaşadım, bəlkə də o qorxunun təsirindən evdə otura bilməyib döyüş bölgəsinə getdim… Müharibə bitənə qədər orada qaldım. Çünki bütün ailəm orada idi. Mənim evdə qalmağımın nə mənası var idi ki?
Müharibə bitsə də həyatımda iki fərqli iz buraxdı. Biri övladım kimi bildiyim Əmrahım şəhid oldu. İkincisi, qalib əsgərin anası idim. İndi mənim alnımdan öpən bu oğul qalib əsgərdi və mənə qalib əsgərin anası olmaq şərəfini yaşatdı”.

ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib