22 evdən oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonunda fərdi yaşayış evlərindən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb.
Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Natiq Süleymanov tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun Binəqədi rayonunun qəsəbələrində yerləşən 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, elektrik naqilləri, kombi aparatları, təmir-tikinti alətləri oğurladığı məlum olub.
Qeyd edək ki, Natiq Süleymanov gündüzlər Binəqədi rayonu ərazisində gəzərək hansı mənzildə təmir işlərinin getdiyini müəyyənləşdirəndən sonra gecə saatlarında həmin evlərdən oğurluqlar edib.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
“Natiq Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, – mətbuat xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi