"22.12.2022" - Restoranlarda "zerkalnıy" tarix üçün toy qiymətləri qaldırıldı
Bu gün 22.12.2022-ci il tarixidir. Gözə gözəl görünən belə tarixlər özəl günləri daha da yaddaqalan etmək üçün ideal seçimdir.
Əlamətdar günlərinin məhz bu tarixdə keçirilməsini istəyənlər də kifayət qədər çoxdur.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
BAKU.WS-in əldə etdiyi məlumata görə, hətta bəzi vətəndaşlar şadlıq evləri və restoranlarda bu tarixləri aylar öncədən pul ödəyərək bron etdirir.
Paytaxtda yerləşən bəzi şadlıq evlərinin işçiləri də bu iddianı təsdiqlədilər.
Bildirdilər ki, “zerkalny” tarixlərdə toy etmək istəyənlərin sayı adi günlərə nisbətən qat-qat çox olur. Elə bu səbəbdən də seçim edən restoran ən yüksək qiyməti təklif edən məclisə üstünlük verir.
Məlumata görə, özəl tarixlərin toy qiymətinə təsiri 25-30% civarında artımla nəticələnir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
