2020-ci il üçün "Qızıl top" mükafatı Levandovskiyə verilə bilər
Fransanın “France Football” nəşri 2020-ci il üçün “Qızıl top” mükafatını Almaniya “Bavariya”nın futbolçusu Robert Levandovskiyə verə bilər.
Minval.info-nun məlumatına görə, nəşrin baş redaktoru Paskal Ferret “Watson”a açıqlamasında PSJ-də çıxış edən Lionel Messinin təklifini nəzərdən keçirmələrinin mümkünlüyünü söyləyib.
O, argentinalı oyunçunun dediklərini gözəl və ağıllı fikir adlandırıb: “Düşünmürəm ki, qərar verməkdə tələsməliyik. Bu barədə düşünə bilərik. Eyni zamanda səsverməyə əsaslanan “Qızıl top”un tarixinə də hörmətlə yanaşmalıyıq. Əmin ola bilmərik ki, Levandovskinin keçən il bu mükafatı qazanacaqdı. Çünki səsvermə yox idi. Amma düzü, ötən il onun qalib gəlmə şansı çox idi”.
Qeyd edək ki, 2021-ci ildə Lionel Messi “Qızıl top”a layiq görülüb. O, mükafatı aldıqdan sonra Robert Levandovskinin 2020-ci il üçün bu mükafatı almalı olduğunu söyləyib. “France Football” koronavirus pandemiyası səbəbindən 2020-ci ildə “Qızıl top”u verməmək qərarına gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır