“2015- ci ildən ticarət mərkəzinə xəbərdarlıq etsək də...” - Nazir
Minval.info // Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün prezidentin “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı keçirdiyi müşavirədə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, nazir çıxışında qeyd edib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb: “İlkin tədbirlər həyata keçirilib. Yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başlayıb. Baş vermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 3 helikopter cəlb olunub.Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb.
Nazirlik tərəfindən 2015- ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciət olunmasına baxmayaraq burada yanğın və digər təhlükəsizlik tədbirləri görülməyib. Bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarda düzgün yerləşdirilməməsi və binanın alkopanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hadisənin ətraf binaya keçməməsi üçün tədbirlər operativ görülüb. Hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görüləcək. Əldə olunan ilkin materiallar komissiyaya təqdim ediləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda