"20 yanvar" stansiyasında "Bakıkart" aparatları xarab oldu, sərnişin sıxlığı yarandı
Bakı Metropoliteninin “20 yanvar” stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.
Trend xəbər verir ki, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış “Bakıkart” aparatlarının sistemində problemin baş verməsidir. Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyiblər.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub: “Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. “Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil. Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi