19 oktyabrda gözlənilən hava şəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Oktyabrın 19-da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 19-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qobustan qoruğunda yanğın başladı: helikopterlər havaya qalxdı
Türklərdən növbəti əsgər salamı – Bu dəfə Parisdə - FOTO
Ramil Usubovdan ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat
Emil Alxaslı: "SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq"
Azərbaycanda bəzi məhkumların azadlığa buraxılması təklif olunub
Oktyabrda bizi güclü yağışlar gözləyir - Ekoloq tarixi açıqladı